Medianews.az
Məşhur futbolçunun evi qarət olundu
53 baxış

Məşhur futbolçunun evi qarət olundu

İtaliyanın “Kremoneze” klubunun hücumçusu Ceymi Vardi xoşagəlməz hadisə ilə üzləşib.

QOL.az xəbər evrir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, 38 yaşlı futbolçunun evi qarət edilib. Hadisə A Seriyasının 12-ci turunda “Roma” ilə oyun (1:3) zamanı baş verib. Cinayətkarlar futbolçunun və ailəsinin yoxluğundan istifadə edərək pəncərəni sındırıb, qiymətli saatlar, zərgərlik əşyaları və nağd pul oğurlayıblar. İlkin hesablamalara görə, dəyən zərərin məbləği təqribən 100 min avrodur.

Polisin açıqlamasına görə görə, cinayətkar dəstə futbolçunun, həyat yoldaşının və uşaqlarının hərəkətlərini izləyib və evin mühafizəsiz qalacağı barədə öncədən məlumatlı olub.

Bizə qoşulun