"Seltik" klubu baş məşqçi Vilfrid Nansini tutduğu vəzifədən azad edib.
Milli.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi internet səhifəsində dərc olunub.
Qərara əsasən, Nansinin köməkçiləri ilə yanaşı, futbol əməliyyatları üzrə direktor Pol Tisdeyl də klubdan ayrılacaq.
Qeyd edək ki, Nansi ötən il dekabrın 3-də komandanın baş məşqçisi təyin olunmuş və onunla iki il yarımlıq müqavilə imzalanmışdı.
Son çempion "Seltik" Nansinin rəhbərliyi altında keçirdiyi 8 oyunun 6-da məğlubiyyət yaşayıb. Bu nəticələrdən sonra klub rəhbərliyi baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib.