Hollivud aktyoru Bryus Uillisin ailəsi onun beynini elmi tədqiqatlar üçün ianə etmək qərarını gəlib.
Bunu onun həyat yoldaşı Emma Hemming “The WP Times”a müsahibəsində deyib.
Aktyorun həyat yoldaşının sözlərinə görə, ailə zamanın sürətlə keçdiyini anlayır, buna görə də ən pis ssenariyə hazırlaşır və çətin dövrdə formal məsələlərə vaxt sərf etməmək üçün bütün təşkilati detalları əvvəlcədən həll etməyə çalışır.
Hemming həmçinin təsdiqləyib ki, müalicəsi olmayan xəstəlikdən əziyyət çəkən ərinin beynini elmə ianə etmək niyyətindədir.
Onun sözlərinə görə, bu qərar emosional cəhətdən çətin, lakin elmi baxımdan zəruridir. O bildirib ki, bunun sayəsində alın–gicgah demensiyasını daha dərindən anlamağa kömək etmiş olacaqlar.
Qeyd edək ki, üç il əvvəl aktyora alın–gicgah (frontal-temporal) demensiyası diaqnozu qoyulub./News24.az