Medianews.az
“Mənə limonad ver” deyib dəhşət saçdı -
95 baxış

“Mənə limonad ver” deyib dəhşət saçdı - ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda kafedə baş verən mübahisə gərgin anlarla yadda qalıb.

Medianews.az xəbər verir ki, hadisə İspartakule məhəlləsində yerləşən kafelərdən birində qeydə alınıb.

İddialara görə, kafeyə gələn müştəri limonad sifariş edərkən qadın işçi ilə arasında mübahisə yaranıb.

Görüntülərdə müştərinin “Mənə limonad ver” dediyi, qadın işçinin isə “Mənə nə ver?” cavabını verdiyi görünür. Bundan sonra tərəflər arasında gərginlik artıb. Müştərinin “Mənə limonad verə bilərsənmi?” deməsinə baxmayaraq, dialoq daha da sərtləşib.

Mübahisə zamanı tərəflər bir-birinə “Sən kimsən?” ifadələrini işlədib. Gərginliyin artması ilə müştəri əsəbiləşərək əşyaları piştaxtanın üzərinə səpələyib.

Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində hadisənin daha da böyüməsinin qarşısı alınıb. Daha sonra şübhəli şəxs ərazini tərk edib.

Kafedə çalışan qadın işçi polisə müraciət edərək həmin şəxsin onu təhdid etdiyini bildirib.

Şikayətdən sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Hazırda hadisə yerindən uzaqlaşan şübhəlinin saxlanılması istiqamətində iş aparılır.

Medianews.az

Bizə qoşulun