Britaniyada həbsxana işçisi məhbusla sevgili münasibətdə olduğuna görə həbs edilib.
Medianews.az-ın "Independent" qəzetinə istinadən məlumatına görə, onu bir neçə ay həbs cəzası gözləyir.
49 yaşlı Melissa O'Brayen Esseksdəki Çelmsford Həbsxanasında peşə təliminə cavabdeh idi. O, 2023-cü ilin dekabr ayında şübhə altına alınıb. Həmkarları onun həmin gün dərs olmasa da, bir məhbusun yanına gətirilməsini istədiyini görüblər.
Məhbusun kamerasında O'Brayen tərəfindən yazılmış cinsi və romantik məzmunlu məktub tapılıb. Qadının evində məhbusun şəkli tapılıb. İntizam dinləməsi zamanı o, məktubu ona yazdığını və özünü onunla birlikdə emalatxanada kilidlədiyini təsdiqləyib, lakin cinsi əlaqədə olduğunu inkar edib.
Qadın səkkiz ay həbs cəzasına məhkum edilib.
Medianews.az