Medianews.az
Mayda 14 gün iş olmayacaq -
176 baxış

Mayda 14 gün iş olmayacaq - TARİXLƏR

Azərbaycanda 2026-cı ilin istehsalat təqviminə əsasən mayda iki tarixi gün və bir bayrama görə qeyri-iş günləri olacaq.

Medianews.az xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə Günü, 28 May Müstəqillik Günüdür. Həmçinin Azərbaycanda rəsmi olaraq Qurban bayramı 27, 28 may tarixlərində olacaq.

Belə ki, 9 May Faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyindən 11 may tarixi də qeyri-iş günü olacaq.

27, 28 may tarixləri isə həm Qurban bayramına, həm də Müstəqillik Gününə təsadüf edir. Bu tarixlər isə müvafiq olaraq çərşənbə və çərşənbə axşamına təsadüf edir. Bayramlar üst-üstə düşdüyündən 29 may tarixində də qeyri-iş günü gözlənilir.

Ümumilikdə bayramlara görə, mayda 9, 11, 27, 28, 29 qeyri-iş günləridir. Şənbə və bazar da daxil olmaqla 14 gün iş olmayacaq.(Metbuat.az)

Bizə qoşulun