Medianews.az
Makron ABŞ-yə meydan oxudu:
127 baxış

Makron ABŞ-yə meydan oxudu: Fransa Qrenlandiyada hərbi təlimlərə qoşulur

"Fransa hərbçiləri Danimarkanın Qrenlandiyada təşkil etdiyi təlimlərə qatılacaqlar".

Oxu.Az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında yazıb:

"Danimarkanın xahişi ilə Fransa hərbçilərinin Qrenlandiyada təşkil edilən birgə təlimlərdə - "Arktika möhkəmliyi" əməliyyatında iştiraklarına qərar verdim".

O qeyd edib ki, hərbi qulluqçuların ilk qrupları artıq təlim ərazisinə yola düşüb.

Daha əvvəl İsveç və Norveç silahlı qüvvələrinin üzvlərinin də Qrenlandiyada keçiriləcək təlimlərdə iştirak edəcəyi məlum olmuşdu. Norveçin müdafiə naziri Tore Sandvikin sözlərinə görə, bu, müttəfiqlər arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Ötən həftədən Danimarkanın Qrenlandiyaya qoşun yerləşdirməyə başlayıb. Bunun ardınca NATO müttəfiq qüvvələrinin adaya yenidən yerləşdirilməsinin gözlənildiyi bildirilirdi.

ABŞ Prezidenti Donald Tramp isə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Vaşinqton bu və ya digər şəkildə Qrenlandiyaya nəzarəti ələ keçirəcək.

"Əgər bunu asan yolla edə bilsək, əla. Əgər edə bilməsək, onda çətin yolla da edəcəyik", - deyə ABŞ lideri bildirib.

ABŞ-Danimarka münasibətləri

Bizə qoşulun