Medianews.az
Maduronun axsamasının
162 baxış

Maduronun axsamasının səbəbi bilindi - VİDEO

ABŞ administrasiyasındakı mənbələr Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin saxlanılma əməliyyatı zamanı xəsarət aldıqlarını bildiriblər.

Bakupost.az xəbər verir ki, bu barədə “CNN” Ağ Ev nümayəndələrinin ABŞ Konqresinin üzvlərinə verdiyi məlumatlara istinadən xəbər yayıb.

Məlumata görə, Maduro və Flores ABŞ xüsusi təyinatlı qüvvələrinin onları saxlamasına cəhd göstərdiyi zaman qaçmağa çalışıblar. Bildirilir ki, onlar prezident iqamətgahı daxilində ağır polad qapının arxasında gizlənmək istəyərkən qapı keçidinin hündürlüyünün aşağı olması səbəbindən başlarından xəsarət alıblar.

Əməliyyatda ABŞ ordusunun “Delta Force” xüsusi təyinatlı bölməsinin əməkdaşları iştirak edib. Saxlanıldıqdan sonra Maduro və Floresə ilkin tibbi yardım göstərilib və daha sonra onlar kompleks ərazisindən çıxarılıblar.

Ağ Ev məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Venesuela hakimiyyət orqanları da yayılan məlumatlara münasibət bildirməyib. Hadisə ilə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Bizə qoşulun