Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin telefon danışığı aparıblar.
Medianews.az xəbər verir ki, liderlər Rusiya prezidentinin iqamətgahına dron hücumunu, eləcə də digər cari məsələləri müzakirə ediblər.
Putin və Lukaşenko həmçinin Yeni ildən sonra qarşıdan gələn görüşlər və birgə tədbirlər barədə razılığa gəliblər.
Putinin iqamətgahına dron hücumu ilə bağlı şərh verən Lukaşenko bildirib ki, dost olmayan ölkələr Rusiya prezidentinə qarşı terror aktı hazırlaya bilərlər.