Medianews.az
Lufthansa" əməkdaşlarını
57 baxış

Lufthansa" əməkdaşlarını İsraili tərk etməyə çağırıb

"Lufthansa" aviaşirkətlər qrupu öz əməkdaşlarını İsraili tərk etməyə hazırlaşmağa çağırıb.

Medianews.az  bu barədə N12 agentliyinə istinadən məlumat verir.

Məlumata görə, İsraillə hava əlaqəsi yanvarın 15-dən etibarən dayandırıla bilər. "Lufthansa" qrupuna daxil olan aviaşirkətlər arasında "Lufthansa", "Austrian Airlines", "Swiss Air", "Eurowings" və "Brussels Airlines" var.

Bundan əlavə, "Austrian Airlines" aviaşirkəti sabahkı Vyana - Təl-Əviv və Təl-Əviv - Vyana reyslərinin ləğv edildiyini açıqlayıb. Şirkətdən bildirilib ki, bu qərar əlverişsiz hava şəraiti səbəbindən verilib.

Bizə qoşulun