Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor -Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü İbrahim Novruzov İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.