“Ukraynanın öz yolu yoxdur: ya Avropa İttifaqına (Aİ) qoşulacaq, ya da Rusiyanın bir hissəsi olacaq”.
Medianews.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba "Ukrainska Pravda"ya verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Ukrayna qarşıdakı onilliklər ərzində Avropa İttifaqının üzvü olmalıdır. Onun sözlərinə görə, Avropa İttifaqına qoşulmaq sivilizasiya seçimi olardı.
"Ayrı bir Ukrayna yolu yoxdur - bu işə yaramır. Biz ya Rusiya dünyasındayıq, ya da Avropa dünyasındayıq. Vəssalam. Ortada heç nə yoxdur", - keçmiş ukraynalı nazir deyib.
Kuleba həmçinin qeyd edib ki, Ukrayna müttəfiqlikləri qoruyub saxlamaq və inkişaf etdirmək yolu kimi düşünməməlidir.
Medianews.az