Medianews.az
Könül Vəlibəylinin qızının iki dəfə ürəyi dayanıb
122 baxış

Könül Vəlibəylinin qızının iki dəfə ürəyi dayanıb

Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsindəki yaşayış binasında baş vermiş yanğında tüstüdən zəhərlənən Ləman Qulamovanın vəziyyəti ağır olaraq qalır. Bunu Medianews.az-a jurnalist Xəyalə Rəis deyib.

Könül Vəlibəyli

Şəkildə: Könül Vəlibəyli

O bildirib ki, Ləman həyatla ölüm arasında mübarizə aparır: “Noyabrın 23-də onun ürəyi iki dəfə dayanıb, lakin həkimlər Ləmanı yenidən həyata qaytara biliblər”.

Xatırladaq ki, yanğın hadisəsi noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verib. 3 nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib. 

Həlak olanlardan biri Ləman Qulamovanın anası, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir. Könül Vəlibəylinin 48 yaşı var idi.

Nailə Qasımova, 

Medianews.az

Bizə qoşulun