Medianews.az
"Komadan çıxacağıma inanmırdılar,
71 baxış

"Komadan çıxacağıma inanmırdılar, amma ölmədim"

"İki gün sonra doğum günümdür. Bu dünyaya niyə gəldiyimi düşündüyümdə, ağlıma həmişə üç oğlumun anası olmaq gəlir. Bir gün ölümlə üz-üzə qaldım. Həkimlər belə komadan çıxacağıma inanmırdılar, amma ölmədim, həyata geri döndüm. Həmin hadisədən bir il sonra kiçik oğlum Davidin anası oldum. Bəlkə də həyata Davidi dünyaya gətirmək üçün qayıtmışdım".

Medianews.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, yaxşı əməllərinə görə özü ilə qürur duyduğunu bildirib:

"Həmişə öz üzərimdə çalışmışam ki, yaxşı və vicdanlı insan olum. Etdiyim hər yaxşı əmələ görə bu gün özümlə qürur duyuram. Mərhəmətli, ədalətli və vicdanlı insan olduğumu özüm bilirəm. Düşünürəm ki, bu xüsusiyyətlərim mənfi tərəflərimin üzərindən xətt çəkir".

Müğənni "Nağıl" adlı yeni mahnısını da sabah dinləyicilərinə təqdim edəcəyini qeyd edib.

Bizə qoşulun