"Avroviziya-2026"da müxtəlif ölkələrin təmsilçiləri müsabiqədən öncə Amsterdamda bir araya gəlib, tanış olub, konsert veriblər.
Medianews.az "Unikal"-a istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi Cəmilə Həşimova (səhnə adı Jiva) Ermənistan təmsilçisi Simon Hovannisyanla bir araya gəlib. Tədbirdə Simonun kostyumu xüsusilə diqqət çəkib. O, digər təmsilçilərdən üzərindəki yapışqan sarı kağızlara ürək sözlərini yazmalarını istəyib. Azərbayacanlı iştirakçı Cəmilə də bu trendə qoşulub və ürək sözlərini yazıb. İştirakçılar mehriban şəkildə salamlaşıb, bir-birlərinə təşəkkür ediblər. Daha sonra digərləri ilə birlikdə foto çəkdiriblər.
Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə mayın 16-da baş tutacaq.
Azərbaycanı "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil edəcək müğənni Jiva səhnəyə ikinci yarımfinalda 2-ci çıxacaq. Müğənni ölkəmizi "Just go" mahnısı ilə təmsil edəcək.
