İranın xarici işlər naziri Seyid Abbas Arakçı səudiyyəli həmkarı Feysal ibn Fərhan əs-Səudla telefon danışığı aparıb.
Medianews.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığında atəşkəsdən sonra regiondakı son vəziyyət, İran-ABŞ danışıqları müzakirə edilib.
Arakçı həmkarına ABŞ-ın danışıqlarda tələblərinin çox olduğunu, bu səbəbdən razılığın əldə olunmadığını vurğulayıb.