Medianews.az
KƏLBƏCƏRDƏN ÜZÜCÜ XƏBƏR:
93 baxış

KƏLBƏCƏRDƏN ÜZÜCÜ XƏBƏR: Meyiti tapılan şəxs görün kim imiş

Kəlbəcərdə meyit tapılıb.

Medianews.az-ın məlumatına görə hadisə rayonun mərkəzində qeydə alınıb. Kəlbəcərin Qılınclı kənd sakini 1968-ci il təvəllüdlü M.Zeynalovun meyiti işlədiyi müəssisədə aşkarlanıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Müayinə zamanı 58 yaşlı kişinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. M.Zeynalovun ürək tutmasından öldüyü bildirilir.

Qeyd edək ki, M.Zeynalov Kəlbəcər Su Melorasiya Sistemləri İstismarı İdarəsinin əməkdaşı olub. 58 yaşlı kişinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin yerli şöbəsinə təhvil verilib.

Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun