Medianews.az
Kanada vətəndaşı Mingəçevirdəki evində ölü
50 baxış

Kanada vətəndaşı Mingəçevirdəki evində ölü tapıldı

Mingəçevirdə Müslüm Maqomayev prospektində yerləşən evlərdən birindən meyit aşkarlanıb.

Medianews.az qafqazinfo.az-a istinadən xəbər verir ki, meyitin 1963-cü il təvəllüdlü Kanada vətəndaşı Vladimir Soukxova məxsus olduğu müəyyən edilib.

O, yaşadığı mənzildə qonşular tərəfindən ölü tapılıb.

İlkin tibbi müayinə zamanı kişinin ürək çatışmazlığından vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun