Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın müdafiə qabiliyyəti ilə bağlı şübhələrinə cavab verib.
Medianews.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
O bildirib ki, NATO adanın müdafiəsini təmin etməyə qadirdir: "Qrenlandiya öz vətəndaşlarına məxsusdur. Adanın təhlükəsizliyi ilə bağlı narahatlıqlar varsa, NATO bu narahatlıqları aradan qaldıra bilər".
Eyni zamanda, Kallas qeyd edib ki, ada ittifaq üçün strateji əhəmiyyət kəsb edir. "Sualtı kabellər adanın yaxınlığında yerləşir və nadir torpaq elementləri Qrenlandiya buzunun altında yerləşir.
Medianews.az