Medianews.az
Kadırov təcili
60 baxış

Kadırov təcili xəstəxanaya yerləşdirilibmiş

Çeçenistan rəhbəri Ramzan Kadırov dekabrın 24-dən 25-nə keçən gecə Moskvada təcili xəstəxanaya yerləşdirilib.

Medianews.az xəbər verir ki, bu barədə “Novaya Qazeta. Avropa” Kadırovun yaxın ətrafına istinadən yazıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Kadırov Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında iştirak etmək üçün paytaxta gəlsə də, səhhəti kəskin pisləşib. O, təcili yardım maşını ilə Rusiya Prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasına aparılıb.

Belə hal üçün ehtiyat plan nəzərdə tutulmadığından, Dövlət Şurasının iclası Çeçenistan rəhbərinin iştirakı olmadan keçirilib.

“Moskvada onu çətinliklə həyata qaytarıblar, bundan sonra o evə gəlib və həmin vaxtdan ictimaiyyət qarşısına çıxmayıb”, - mənbə bildirib. 

Xatırladaq ki, il ərzində bir neçə dəfə Kadırovun səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılıb. O, may ayında xəstə olması ilə bağlı məlumatları şayiə adlandırıb. Dekabrın ortalarında isə bədxahlarının onun sağlam olmasından narahatlıq keçirdiklərini bildirib.

Bizə qoşulun