İsveçrənin Kran-Montana kurortunda "Le Constellation" barında Yeni il şənlikləri zamanı güclü yanğın baş verib.
Medianews.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının “Röyters”ə verdiyi məlumata görə, Krans-Montana xizək kurortundakı “Le Constellation” barında Yeni il şənliyi zamanı baş verən partlayış nəticəsində 40-a yaxın adam ölüb, 100 nəfər yaralanıb.
Partlayışın səbəbi hələ də məlum deyil, lakin səlahiyyətlilər bunun qəza olduğunu bildirib.