İstanbul məhkəməsi İraq İslam Şam Dövləti (İŞİD) terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 67 nəfəri həbs edib.
Məlumata görə, təhlükəsizlik qüvvələri Yeni il gecəsi İstanbulun üç rayonunda İŞİD-ə qarşı əməliyyat keçirib. 147 nəfər saxlanılıb, onlardan 32-si deportasiya olunmaq üçün miqrasiya mərkəzinə yerləşdirilib.
Kəşfiyyat orqanlarının məlumatına görə, həbs olunanlar Yeni il tətili zamanı Türkiyədə terror aktları planlaşdırıblar.(Oxu.Az)