Medianews.az
İsrail İranla bağlı
96 baxış

İsrail İranla bağlı HƏRƏKƏTƏ KEÇDİ

İsrail ABŞ-nin İrana müdaxilə xəbərdarlıqlarından sonra, ölkədə geniş yayılmış hökumət əleyhinə etirazlar fonunda yüksək hazırlıq vəziyyətindədir.

Musavat.com bildirir ki, bu barədə “Reuters” İsrail mənbələrinə istinadən xəbər yayıb.

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubio şənbə günü telefon danışığı zamanı ABŞ-nin İrana müdaxiləsi ehtimalını müzakirə ediblər.

Son günlər ABŞ prezidenti Donald Tramp dəfələrlə İrana müdaxilə edəcəyi ilə hədələyib və İran hakimiyyətinə etirazçılara qarşı güc tətbiq etməmək barədə xəbərdarlıq ünvanlayıb. Tramp bəyan edib ki, ABŞ “kömək etməyə hazırdır”.

Bizə qoşulun