Medianews.az
İsrail həyəcan siqnalı verdi:
101 baxış

İsrail həyəcan siqnalı verdi: İran ilə yeni müharibə?

İsrail Səhiyyə Nazirliyi ölkə üzrə bütün xəstəxanalara fövqəladə vəziyyət rejiminə sürətli keçidə hazır olmaları ilə bağlı təcili göstəriş göndərib.

Sfera.az xəbər verir ki, bu barədə “İsrailin səsi” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, sözügedən təlimat İsrail və İran arasında baş vermiş 12 günlük qarşıdurmadan sonra təhlükəsizlik prosedurlarının yenilənməsi çərçivəsində verilib. Nazirlik tibb müəssisələrindən personalın səfərbərliyi, tibbi ehtiyatların yoxlanılması və mümkün kütləvi yaralı axınına hazırlıq görülməsini tələb edib.

Rəsmi açıqlamada İranla bağlı konkret hücum ssenarisi qeyd olunmasa da, analitiklər bu addımı regionda artan gərginlik və mümkün hərbi eskalasiya ehtimalı ilə əlaqələndirirlər.

Hazırda İsrail rəsmiləri tərəfindən İranla bağlı mümkün hərbi əməliyyatlara dair açıq bəyanat verilməyib, lakin təhlükəsizlik strukturlarının yüksək hazırlıq vəziyyətinə keçirildiyi bildirilir.

Bizə qoşulun