Medianews.az
İspaniya Superkubokunun finalında
316 baxış

İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" olacaq

Futbol üzrə İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" olacaq.

"Report"un məlumatına görə, həlledici oyunda "Real" və "Barselona" komandaları üz-üzə gələcəklər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, "Barselona" yarımfinalda "Atletik" (Bilbao) klubunu (5:0), "Real" isə "Atketiko"nu (2:1) mübarizədən kənarlaşdırıb.

Bizə qoşulun