"İranın yeni ali liderinin soyadı bir neçə gün əvvəl öldürülmüş keçmiş rəhbər Əli Xameneinin soyadı ilə eyni olacaq".
Medianews.az xəbər verir ki, bunu İranın yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib.
"Biz İranın yeni liderini seçdik. Yeni ali liderin soyadı da Xamenei olacaq", - deyə şura üzvünün sözlərini "Al Hadath" telekanalı sitat gətirib.
Daha əvvəl ən real namizədin həlak olmuş ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei olduğu hesab edilirdi. Martın 7-də yayılan məlumatlara görə, İran ərazisinə endirilən bombardmanlardan biri nəticəsində Müctəba Xameneinin yaralandığı ehtimal olunur.