İranın Həmədən şəhərində etirazçılar bir təhlükəsizlik əməkdaşını döyüblər.
Musavat.com xəbər verir ki, hadisə ölkədə baş verən etiraz aksiyaları fonunda qeydə alınıb.
Məlumatlara görə, əlavə təhlükəsizlik qüvvələrinin bölgələrə cəlb edilməsindən sonra İranın əksər şəhərlərində etirazlar dayandırılıb. İnsanların böyük hissəsi evlərinə qayıdıb, təhlükəsizlik qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu ölkə üzrə şəhərlərə nəzarəti ələ alıb. Hadisələr zamanı çox sayda yaralı və saxlanılanların olduğu bildirilir.
Xüsusi təyinatlı qüvvələrin bölmə komandiri polkovnik İbrahimi açıqlamasında bildirib ki, iğtişaşların baş verdiyi bütün şəhərlər təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb və ictimai asayiş bərpa edilib. Onun sözlərinə görə, xarici qüvvələrin təşviq etdiyi iğtişaş cəhdlərinin qarşısı alınıb.