Medianews.az
İranda etirazçılar iki şəhəri
82 baxış

İranda etirazçılar iki şəhəri ələ keçiriblər

İran etirazçıları İraqla sərhəd yaxınlığında yerləşən İlam əyalətinin qərbindəki Abdanan və Malekşahi şəhərlərini tam nəzarətə götürüblər.

Medianews.az xəbər verir ki, bu barədə Fox News İran Milli Müqavimət Şurasına istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, bu şəhərlərin sakinləri faktiki olaraq hakimiyyəti ələ keçiriblər və hüquq-mühafizə orqanları geri çəkilib. İnsanlar hadisəni küçələrdə kütləvi şənliklərlə qeyd edirlər.

Medianews.az

Bizə qoşulun