Medianews.az
İranda dəhşətli avtobus qəzası -
66 baxış

İranda dəhşətli avtobus qəzası - ölənlər var

Bu gün səhər saatlarında İranda Xorasan-e Rəzəvi əyalətində sərnişin avtobusu qəzaya uğrayaraq aşıb.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Bərdəskən-Səbzvar magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı azı iki nəfər ölüb, 40 sərnişin isə yaralanıb.

Xəsarət alanlardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Bizə qoşulun