Medianews.az
İrana zərbə planları Trampa təqdim olundu –
156 baxış

İrana zərbə planları Trampa təqdim olundu – Kritik an yaxınlaşır

ABŞ prezidenti Donald Trampa İrana qarşı əlavə zərbələr endirmək üçün bir neçə variant üzrə plan verilib.

Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" (NYT) mənbələrə istinadən yayıb. Mənbələrə görə, Amerika liderinə Tehranda mülki hədəflərə zərbələr endirmək də daxil olmaqla bir neçə seçim barədə məlumat verilib. Adı açıqlanmayan ABŞ rəsmiləri qeyd ediblər ki, Amerika lideri İrana qarşı hücuma icazə verməyi ciddi şəkildə nəzərdən keçirir, lakin hələlik yekun qərar verməyib.

Qəzetin məlumatına görə, bundan əlavə, şənbə günü ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. "The New York Times" qəzetinin məlumatına görə, onlar Suriya və Qəzza zolağındakı vəziyyətdən əlavə, İrandakı etirazları da müzakirə ediblər.

Qeyd edək ki, Tramp ABŞ-ın zəruri hesab etdiyi təqdirdə İran rəhbərliyinə "güclü zərbə" endirə biləcəyini bildirib. Bu, Trampın jurnalistlərin İran etirazçıları arasında mümkün ölüm halında ABŞ-ın güc tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı sualına cavabı idi. 

Bizə qoşulun