Medianews.az
"İnter Bakı"nın sabiq müdafiəçisi milliyə
116 baxış

"İnter Bakı"nın sabiq müdafiəçisi milliyə baş məşqçi təyin olundu

"İnter Bakı"nın ("Şamaxı") sabiq futbolçusu Zurab Xizanişvili Gürcüstan milli komandasında futbol karyerasının yeni bir mərhələsinə qədəm qoyub.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi təyin edilib.

O, məşqçilik karyerasına 2017-ci ildə Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət komandasında başlayıb və 2020-ci ilə qədər köməkçi məşqçi kimi çalışıb.

Xizanişvilinin baş məşqçi kimi ilk sınağı mart ayında olacaq. Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət komandası Avropa çempionatının seçmə mərhələsində İslandiya və Monteneqro ilə qarşılaşacaq.

Qeyd edək ki, karyerasında "Nyukasl Yunayted", "Blakbörn Rovers", "Ridinq" kimi klublarda çıxış etmiş Zurab Xizanişvili 2015-2017-ci illərdə ölkəmizdə "Keşlə"nin formasını geyinib. "İnter Bakı"nın heyətində 50 oyuna çıxan təcrübəli müdafiəçi 6 qol vura bilib.

Bizə qoşulun