Medianews.az
İndoneziyada təyyarə
142 baxış

İndoneziyada təyyarə yoxa çıxdı

İndoneziyada 10 nəfəri daşıyan təyyarə yoxa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.

Bildirilib ki, İndoneziyanın Cənubi Sulavesi əyalətində 7 ekipaj üzvü də daxil olmaqla, 10 nəfəri daşıyan təyyarənin yoxa çıxdığı və axtarış-xilasetmə əməliyyatlarının başladığı bildirilib.

İndoneziya Hava Nəqliyyatı şirkətinə məxsus ATR 42-500 tipli təyyarədən gələn siqnal Maros bölgəsi üzərində olarkən itib.

Səlahiyyətli qurumlar təyyarə ilə əlaqənin kəsilməsinin əlverişsiz hava şəraiti ilə bağlı ola biləcəyini istisna etməyiblər.

İndoneziyanın Mülki Aviasiya Baş İdarəsi təyyarənin tapılması üçün axtarış əməliyyatlarının başladıldığını və prosesdə aidiyyəti qurumlarla sıx əməkdaşlıq edildiyini açıqlayıb.

Bizə qoşulun