Medianews.az
Yaponiyada yeni baş nazir
391 baxış

Yaponiyada yeni baş nazir

Yaponiya parlamentinin aşağı palatası oktyabrın 21-də Liberal Demokrat Partiyasının lideri Sanae Takaitini baş nazir postuna seçib.

Medianews.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Sanae Takaiti oktyabrın 4-dən Liberal Demokrat Partiyasının sədridir. Əvvəlki hökumətlərdə daxili işlər və kommunikasiya naziri, iqtisadi təhlükəsizlik üzrə dövlət naziri postlarını tutub.

Konstitusiyalı monarxiya olan Yaponiyada hökumət parlamentdəki qüvvələr nisbəti əsasında qurulur. Liberal Demokrat Partiyasının indiki koalisiya ortağı İnnovasiyalar Partiyasıdır. 465 nəfərlik aşağı palatada koalisiyanın 231 mandatı var.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun