Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə dekabrın 17-də qeydə alınıb. Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Almazər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir./Modern.az