Medianews.az
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? -
119 baxış

Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının 15 dekabr 2025-ci il tarixində yekun iclası keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Komissiya Nazirliyin Nəşr Planının (Nazirliyin sifarişi və dəstəyi ilə bir il ərzində istehsalı və buraxılışı nəzərdə tutulan nəşriyyat və çap məhsullarının siyahısı) tərtibini və “Nəşrlərin satın alınması müsabiqəsi”nin (Nazirlik tərəfindən kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək üçün nəşriyyat və çap məhsullarının satın alınması məqsədilə keçirilən müsabiqə) təşkilini həyata keçirmək məqsədilə yaradılmışdır.

Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən təşkil olunur və tərkibi hər il yenilənir. Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə Komissiyanın tərkibi buraxılana qədər konfidensial saxlanılır.

Komissiya tərəfindən bu il ərzində 56 nəşr layihəsi müzakirəyə çıxarılmış, 14-ü elmi- kütləvi, 10-u bədii ədəbiyyat olmaqla 23 əsərin Nazirliyin növbəti il üçün Nəşr Planına daxil edilməsi məqsədəuyğun hesab edilmişdir.

Eyni zamanda oxucu qruplarının tələbatı əsasında tabelikdə olan kitabxanaların yeni nəşrlərlə təmin olunması məqsədilə aprelin 7-də “Nəşrlərin satın alınması müsabiqəsi” elan olunmuşdur. Müsabiqəyə təqdim olunmuş 1520 adda kitab Komissiyanın iclaslarında dəyərləndirilmiş və Komissiyanın qərarına uyğun olaraq, 525 adda, ümumilikdə 63 650 nüsxə kitabın alışı Nazirlik tərəfindən həyata keçirilmişdir.

Bir sıra müəlliflərin əsərləri kitablarının buraxılışını həyata keçirən nəşriyyatlar (“Aspoliqraf”, “Təhsil”, “Zərdabi-nəşr” və s.) vasitəsilə alınmışdır.

2025-ci il üzrə Komissiyanın tərkibi, həmçinin cari ildə Nazirlik tərəfindən satın alınan kitablar və Nazirliyin növbət il üçün Nəşr Planına daxil edilən əsərlər barədə siyahıları təqdim edirik:

Bizə qoşulun