Medianews.az
“Ya pul verəcəyik, ya da qan töküləcək”
151 baxış

“Ya pul verəcəyik, ya da qan töküləcək”

“Avropa İttifaqı (Aİ) liderlərini Ukraynanın maliyyələşdirilməsi ilə bağlı təcili qərar qəbul etməyə çağırıram, əks halda regionu böyük təhlükə gözləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

Dekabrın 18-də keçiriləcək Avropa İttifaqı Sammiti öncəsi jurnalistlərə açıqlama verən Tusk qeyd edib ki, maliyyə yardımı barədə qərarın gecikdirilməsi hərbi əməliyyatların kəskinləşməsinə və yeni faciələrə yol aça bilər.

“Hazırda qarşımızda sadə bir seçim var: ya bu gün pul verəcəyik, ya da sabah qan töküləcək. Mən burada təkcə Ukraynanı deyil, həm də bütün Avropanı nəzərdə tuturam. Bu məsuliyyətli qərarı yalnız Avropa liderləri qəbul edə bilər və onlar artıq lazımi səviyyədə iradə nümayiş etdirməlidirlər”, – deyə Baş nazir vurğulayıb.

Xatırladaq ki, Aİ diplomatları dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin 2026-2027-ci illərdə Ukraynaya “kompensasiya krediti” şəklində verilməsi barədə ilkin razılığa gəliblər. Lakin bu məsələdə son sözü Sammit çərçivəsində dövlət başçıları deyəcək.

Bundan başqa, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qeyd edib ki, bu zirvə görüşü Ukrayna üçün maliyyələşmə variantlarını yekunlaşdırmalıdır.

Bizə qoşulun