Medianews.az
Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ:
109 baxış

Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB

Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib.

Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezində ürək tutması olan pasiyentlərdə bir ümumi xüsusiyyət aşkar olunub: səhərlər uzun müddət hərəkətsiz qalmaq. Yataqdan qalxdıqdan sonra bu insanlar dərhal oturaq vəziyyətə keçir, “telefonlara sarılır”, daha sonra işə gedir və yenə saatlarla oturaq vəziyyətdə qalırlar.

Sadoqsay izah edib ki, bu cür rejim qarın nahiyəsində piy yığılmasına, arterial təzyiqin yüksəlməsinə və ürək-damar sisteminə mənfi təsir göstərən gizli iltihabın inkişafına şərait yaradır.

Kardioloq vurğulayıb ki, bu riskləri sadə səhər aktivliyi ilə azaltmaq mümkündür. Onun sözlərinə görə, cəmi beş dəqiqəlik yüngül idman, dartınma hərəkətləri, yavaş qaçış və ya sürətli gəzinti kifayətdir.

Belə fiziki yük qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin səviyyəsinin sabitləşməsinə kömək edir və ürək üçün əlavə qoruyucu rol oynayır.

Bizə qoşulun