Dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” qrupu Medianews.az-a növbəti hava proqnozunu təqdim edib.
Proqnozda bildirilir ki, sentyabrın 3-də ölkə ərazisində hava kifayət qədər isti keçəcək.
Bakıda və Abşeronda temperatur 37 dərəcəyə çatacaq.
Bu, Bakıda sentyabrın ən isti günlərindən sonuncu gün olacaq.
Ayın 4-dən temperatur enəcək.
Ümumilikdə ölkə ərazisində enmə ayın 5-dən başlanacaq.
Toğrul Əli,
Medianews.az