Medianews.az
Rusiya-Ukrayna müharibəsi tarixində İLK DƏFƏ - NATO silahı işə saldı 
727 baxış

Rusiya-Ukrayna müharibəsi tarixində İLK DƏFƏ - NATO silahı işə saldı 

Rusiya 2022-ci ilin fevralından Ukraynada total müharibəyə başlayandan bəri ilk dəfə olaraq NATO silahı işə salıb. Medianews.az xəbər verir ki, bunu “Reuters” agentliyi vurğulayıb.

2025-ci il sentyabrın 10-u gecə Rusiya dronları Polşanın hava məkanını pozub. “Reuters” qeyd edir ki, dronları Polşa NATO-dakı müttəfiqlərinin hərbi təyyarələrinin köməyi ilə vurub. Agentlik bildirir ki, bu hadisə tarixə Rusiya-Ukrayna müharibəsində NATO-nun ilk dəfə silah işlətməsi kimi düşüb. 

10 sentyabr gecəsi Polşa səmasında Rusiyanın ümumilikdə 19 pilotsuz uçuş aparatı vurulub.

1949-cu ildə yaradılmış hərbi-siyasi ittifaq olan NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 32 ölkə daxildir: ABŞ, Albaniya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İsveç, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Şimali Makedoniya, Türkiyə, Yunanıstan.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun