Medianews.az
Ramiz Rövşən ondan əhvalını soruşan Rüstəm Behrudiyə nə cavab verib? 
591 baxış

Ramiz Rövşən ondan əhvalını soruşan Rüstəm Behrudiyə nə cavab verib? 

Son günlər Xalq şairi Ramiz Rövşənin səhhətində bir qədər nasazlıq yaranması haqda gəzən söz-söhbətlər qələm dostu Rüstəm Behrudinin də narahatlığına səbəb olub.

Şair Rüstəm Behrudi sentyabrın 1-də Ramiz Rövşənlə telefonla danışıb. Medianews.az-ın məlumatına görə, Rüstəm Behrudi həmin söhbətin məzmununu sosial şəbəkə istifadəçiləri ilə də bölüşüb. O, yazıb:

“Ramiz Rövşən - ustad şairimiz. Buna söz yox! O həm də dəyərli bir dostdu. 30-40 illik dostluğumuz var! Bizi bir zamanlar dəyərli ədəbiyyat adamı Natiq Səfərov tanış eləmişdi, qəbri nurla dolsun!

Sentyabrın 1-də Ramizə əhvalını soruşmaq üçün telefon açdım. Çox şükür, sağlamlığı yerində. Bir az da yazı-pozudan danışdıq. Belə bir dialoq keçdi aramızda:

NƏ YAZMIŞIQ KİFAYƏTDİ,
BUNDAN SONRAKI QƏNİMƏTDİ...

Sağollaşıb, vidalaşdıq. 5 səqiqədən sonra Ramizdən zəng gəldi:

- Dediyimə arxayınlaşma, bayaq dediyim sözlər

TƏNBƏLLİYƏ BƏRAƏTDİ!

Sənə cansağlığı, sağlam ömür arzulayıram, qardaş - "sözün tozuni almaq"dan daha çox, onu layiq olduğu məqama qaldıran adam!”

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun