Məşhur aktyor Ufuk Özkanın vəziyyəti hər gün daha da pisləşir.
Medianews.az BAKU.WS-a instinadən xəbər verir ki, "Geniş Aile" serialının ulduzu uzun müddətdir ki, səhhətindək problemlərlə mübarizə aparır.
Qaraciyər çatışmazlığından müalicə alan aktyorun qardaşı onun hazırda səhhətinin daha da ağırlaşdığını bildirib.
"Təəssüf ki, qardaşımın vəziyyəti çox ağırdır. Uyğun donor tapılana qədər onun xəstəxanadan çıxmasına icazə vermirlər. Hazırda yeganə diqqətimiz transplantasiya prosesinə yönəlib. Qardaşım yalnız serum vasitəsilə qidalanır".
Aktyorun dostları Pazar Süheyl və Behzat Uyqur qardaşları da onun üçün çağırış ediblər. Məşhurlar Ufuk Özkana qan qrupu 0 və ya B olan donor axtardıqlarını qeyd ediblər.