Medianews.az
“Qarabağ”ın rəqibini tanıyın -
1,382 baxış

“Qarabağ”ın rəqibini tanıyın - “Kopenhagen” haqqında

Azərbaycanın UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündəki təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsinin Bakıdakı ilk oyununda Danimarkanın “Kopenhagen” komandasını qəbul edir.

Medianews.az bildirir ki, Danimarka paytaxtı Kopenhagenin adını daşıyanın futbol klubu 1992-ci ildə yaradılıb. Hazırda Skandinaviya futbolunun ən güclü komandası kimi tanınır.

Komandanın ev oyunları Danimarkanın ən iri idman arenası olan “Parken” stadionunda keçirilir. 39 minə yaxın tamaşaçı tutan bu stadion həm də Danimarka milli yığmasının ev meydanıdır.

“Kopenhagen” indiyədək 16 dəfə Danimarka çempionu olub, 10 dəfə ölkə kubokunu, 3 dəfə superkubokunu, 1 dəfə liqa kubokunu qazanıb.

31 mövsüm Avropa kubokları turnirlərinə vəsiqə almış “Kopenhagen” ən parlaq nailiyyətini 2010-2011 mövsümündə əldə edib, Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib.

2019-2020 mövsümündə “Kopenhagen” Avropa Liqasının 1/4 finalına çıxaraq özünü yenidən Avropa futbolunun diqqət mərkəzinə gətirib.

1998-1999 mövsümündə “Kopenhagen” Kuboklar kubokunun ilk təsnifat mərhələsində “Qarabağ”ı evdə 6:0, səfərdə 4:0 hesabları ilə yenib. 2017-2018 mövsümündə komandalar Çempionlar Liqasının son ələmə mərhələsində üz-üzə gəliblər. Evdə 1:0 hesabı ilə üstün olan “Qarabağ” səfərdə 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində qrup raunduna vəsiqə qazanıb.

“Kopenhagen” hazırda UEFA reytinqində 43-cü yerdədir. “Qarabağ” 58-cidir.

Çempionlar Liqasının 2025-2026 mövsümünün liqa mərhələsində “Qarabağ” 36 komanda arasında 3 xalla 10-cu yerdə, “Kopenhagen” 1 xalla 24-cü yerdə qərar tutub.

Səkkiz turluq raundun reqlamentinə görə, ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala çıxır, 9-24-cü yerləri tutanlar 1/16 finalda mübarizə aparır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun