Medianews.az
“Qarabağ”la bağlı üç xarici klubdan maraqlı paylaşımlar -
1,372 baxış

“Qarabağ”la bağlı üç xarici klubdan maraqlı paylaşımlar - FOTO - VİDEO

Medianews.az saytı videobloqçu Fərid Pərdəşünasa istinadla xəbər verir ki, Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı üç xarici klubdan maraqlı paylaşımlar edilib.

1) Almaniyadan “Bayer Leverkuzen” 4.6 milyonluq İnstagram səhifəsində mem paylaşıb:

- "Bu gün Çempionlar Liqasının püşkatmasıdır!"

+ "Əla! Qarabağ bizə düşə bilməz, elə deyil?"

- (susqun baxış)

+ "Elə deyil...?"

2) Portuqaliyadan “Sportinq Braga” klubu TikTok səhifəsində:

“İnterstellar” filmində baş rolu canlandıran Kuper (Cooper) obrazının ağlayan görüntüsünü təqdim edərək belə bir paylaşım edib:

“Qarabağın Çempionlar Liqasına yüksəlişinə baxanda özümü qürurlu ata kimi hiss edirəm”.

@scbraga_oficial Happy for you, guys. We’ve come a long way… 🥲❤️‍🔥 #SCBraga #ProudDad #Qarabag #ChampionsLeague #TikTokDesporto ♬ Interstellar Available on Apple TV - Paramount Pictures

3) Qazaxıstandan “Kayrat” klubu isə “Formula-1” filmində eyni komadadan olan iki pilotun ayrılışından sonra yenidən birləşdikləri (Bred Pitin qayıdışı) səhnəsini bölüşərək, “Qarabağ”a qardaşlıq mesajı verib.

@f.c.kairat_official 🥳Təbrik edirik! @fkqarabagh ❤️| #QairatEurope2025 ♬ оригинальный звук - FC Kairat

Bizə qoşulun