Medianews.az
Prezident Administrasiyasının yenilənmiş strukturu
751 baxış

Prezident Administrasiyasının yenilənmiş strukturu

Medianews.az xəbər verir ki, Samir Nuriyevin rəhbərlik etdiyi Prezident Administrasiyasında üç post boşdur: Prezidentin mətbuat katibi, qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri, sənəd dövriyyəsi şöbəsinin müdiri.

Qalan vəzifələri bu şəxslər tutur:

Birinci vitse-prezidentin Katibliyinin rəisi – Altay Həsənov

Prezidentin köməkçisi – Cəmilə Abbasova

Prezidentin köməkçisi – Anar Ələkbərov

Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi – Xalid Əhədov

Prezidentin köməkçisi, dövlət nəzarəti məsələləri şöbəsinin müdiri – Kərəm Həsənov

Prezidentin köməkçisi, ərazi-təşkilat məsələləri şöbəsinin müdiri – Zeynal Nağdəliyev

Prezidentin köməkçisi, hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri – Andrey Sipilin

Prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri – Fuad Ələsgərov

Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri – Hikmət Hacıyev

Prezidentin köməkçisi, iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri – Şahmar Mövsümov

Prezidentin köməkçisi, iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Natiq Əmirov

Prezident Katibliyinin rəisi – Bəylər Eyyubov

dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri – Tələt Məcidov

gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri – Yusuf Məmmədəliyev

humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri – Fərəh Əliyeva

qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri – Gündüz Kərimov

hərbi məsələlər şöbəsinin müdiri – Fərid Seyidov

siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri – Ədalət Vəliyev

vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – Süleyman İsmayılov

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi – Elçin Əmirbəyov

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi – Xələf Xələfov

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi – Muxtar Babayev

Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi – Fuad Nəcəfli

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi – Aydın Kərimov

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi – Emin Hüseynov

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi – Elçin Yusubov

Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi – Vahid Hacıyev

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi – Məsim Məmmədov

Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi – Bəşir Hacıyev.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun