Medianews.az
Oyuncaq silahla zarafat bıçaqlı hücuma çevrildi -
89 baxış

Oyuncaq silahla zarafat bıçaqlı hücuma çevrildi - VİDEO

Türkiyədə yol kənarında oyuncaq silahla zarafatlaşan bir qrup motosikletçi yoldan keçən başqa bir motosikletçinin diqqətini çəkib.

Medianews.az xəbər verir ki, hadisə İstanbulun Tuzla rayonunda baş verib.

Silahı real zənn edən şəxs motoskleti saxlayaraq hazdisələ müdaxilə edib. Gənclərin zaraftlaşdığını biləndə üstündəki bıçağı çıxararaq qrupu hədələyib.

Qrup üzvləri hadisənin zarafat olduğunu izah etməyə çalışıblar, lakin motosikletçi hədələrinə davam edib.

 İnsidentdə xəsarət alan olmayıb. Tərəflər bir müddət sonra ərazidən ayrılıblar.

Həmin anlar motosikletçinin dəbilqəyə birləşdirilmiş kamerasına düşüb.

Medianews.az

Bizə qoşulun