Gənclər və İdman naziri Fərid Qayıbov sosial şəbəkə hesabında maraqlı fotosunu paylaşıb.
Medianews.az xəbər verir ki, şəkildə nazir velosipedin yanında dayanıb.
Foto Bakı bulvarının Bayraq meydanına yaxın hissəsində - Azərbaycan bayrağının fonunda çəkilib. Görünür, istirahət günündən istifadə edən F.Qayıbov bulvara velosiped sürməyə çıxıb.
O, fotosunu "Dövlət Bayrağı Günümüz mübarək" qeydi ilə paylaşıb.
Həmin fotonu təqdim edirik:
