Medianews.az
Məşhur aktrisa heyrətini gizlədə bilmədi:
635 baxış

Məşhur aktrisa heyrətini gizlədə bilmədi: “Bu təsirləri gözləmirdim, dərmanlarımı belə atdım” - FOTO

Məşhur aktrisa Alicia Silverstone, bitki mənşəli qidalanmaya keçdikdən sonra yaşadığı gözlənilməz sağlamlıq dəyişikliklərindən danışıb.

Medianews.az bildiri ki, “Clueless” və “Batman & Robin” kimi filmlərlə tanınan Silverstone, “Sibling Revelry” adlı podkastda qidalanma tərzini dəyişdiyini və bunun həyatında inqilabi fərqlər yaratdığını bildirib.

Silverstone deyib ki, vegan olmağa əvvəlcə heyvanlara olan sevgisinə görə qərar verib. Ancaq zamanla bu qidalanma formasının sağlamlığına müsbət təsirlərini görüb:

 “Daha əvvəl astma spreyi istifadə edirdim, həftədə iki dəfə allergiya iynəsi alırdım. Tez-tez bronxit olub antibiotik içirdim, üzüm də sızanaqlarla dolu idi. Bunların hamısı bir anda yox oldu. Bu, mənim üçün bir möcüzə idi.”

Uşaqlıqda da vegetarian olmağa cəhd etdiyini deyən Silverstone, bir dəfə təyyarədə yemək yeyərkən qardaşının quzu səsi çıxarması ilə tabağındakı ətin mənşəyini anlayıb və o gündən qidalanma vərdişlərini sorğulamağa başlayıb.

Aktrisa bildirib ki, bir sənədli film izlədikdən sonra heyvan mənşəli məhsullardan tamamilə imtina etməyə qərar verib.

Bundan əlavə, bir neçə həftə əvvəl verdiyi müsahibədə gənc görünməsinin səbəbini də vegan qidalanma ilə əlaqələndirib:

“Heç bir botoks və ya dolğu istifadə etmədən gənc görünürəmsə, bu tamamilə vegan qidalanma sayəsindədir. Hər zaman mükəmməl olmaya bilərəm, amma daim bitki əsaslı qidalanmaya qayıdıram.”

Mayo Clinicin məlumatına görə, astma üçün xüsusi bir pəhriz mövcud olmasa da, meyvə və tərəvəz kimi antioksidant mənbələri astma simptomlarının yüngülləşməsinə kömək edə bilər. Həmçinin, bitki əsaslı qidalanma 2-ci tip diabet və ürək xəstəlikləri riskini azalda bilər. Amma bu qidalanma formasını seçənlər B12 vitamini kimi bəzi vacib maddələrin çatışmazlığından qorunmalıdır.

Medianews.az

Bizə qoşulun