Medianews.az
İlham İsmayıl azadlıqda –
2,353 baxış

İlham İsmayıl azadlıqda – Yayılan məlumatlar əsassızdır

Birinci Qarabağ müharibəsinin tanınmış veteranı, polkovnik-leytenant İlham İsmayılın həbs olunması barədə məlumatlar həqiqəti əks etdirmir. Bu barədə onun yaxın qohumları bildiriblər.

Medianews.az bunu İlham İsmayılla əlaqə saxlayaraq təsdiq edib.

1957-ci il təvəllüdlü İlham İsmayıl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. Dövlət Təhlükəsizlik Komitəsinin (Milli Təhlükəsizlik Nazirliyi) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında xidmət edib. Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin şöbə rəisi olub.

İlham İsmayıl 1990-1991-ci illərdə Gəncəbasar bölgəsinin erməni işğalından azad olunması əməliyyatlarının ən fəal iştirakçılarından olub, həmçinin Ermənistanla sərhədin bəzi hissələrində döyüşüb.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Təhlükəsizlik məsələləri üzrə ekspert kimi tanınır.

Medianews.az

Bizə qoşulun