Medianews.az
 Gələn ilin dövlət büdcəsi belə ola bilər:
1,051 baxış

Gələn ilin dövlət büdcəsi belə ola bilər: İlkin göstəricilər

Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb.

Medianews.az bildirir ki, 2026-cı ildə 38 milyard 423 milyon manat gəlir, 41 milyard 548,6 milyon manat xərc, 3 milyard 125,6 milyon manat kəsir proqnozlaşdırılır.

Nazirlik xərc istiqamətlərini belə sıralayıb:

müdafiə və milli təhlükəsizlik – 8 milyard 714,8 milyon manat;

iqtisadi fəaliyyət – 7 milyard 630,7 milyon manat;

ümumi dövlət xidmətləri – 5 milyard 776,5 milyon manat;

təhsil – 4 milyard 985,8 milyon manat;

sosial müdafiə və sosial təminat – 4 milyard 873 milyon manat;

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 3 milyard 553,6 milyon manat;

səhiyyə – 2 milyard 52,4 milyon manat;

kənd təsərrüfatı – 1 milyard 92,1 milyon manat;

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 568,6 milyon manat;

ətraf mühitin mühafizəsi – 357,2 milyon manat;

mənzil və kommunal təsərrüfatı – 298,2 milyon manat;

əsas bölmələrə aid edilməyən xidmətlər – 1 milyard 645,7 milyon manat.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun