Medianews.az
Bu il əsl sevgini tapacaq 4 bürc
76 baxış

Bu il əsl sevgini tapacaq 4 bürc

Vedik astrologiyası 2026-cı ilin əlaqələr və yenilik baxımından pozitiv keçəcəyini vəd edir. Bu pozitivlik əsasən 4 bürcə təsir edərək onların öz ruh yoldaşlarını tapmalarına kömək edəcək.

Publika.az həmin bürcləri təqdim edir:

Qoç

Qoçlar bu il sosial şəbəkələr və ya sosial tədbirlər vasitəsilə ruh yoldaşları ilə tanış ola bilərlər. İlin ortasında Mars-Venera birləşmələrinin enerjisi ilə onlar əsl eşqləri ilə qovuşacaqlar.

Buğa

Onlar bu il Veneranın təsiri ilə xüsusi biri ilə tanış olacaqlar. Ailənizin sizi ruh yoldaşınızla tanış etməsi və ya iş yerinizdəki biri ilə münasibətə başlamağınız mümkündür.

Şir

Bu bürclər özlərinə uyğun birini tapmaqda çətinlik çəkirlər. Bu il isə Günəşin enerjisi Yupiterlə uyğunlaşaraq şirlərə öz ruh yoldaşlarını tapmağa kömək edəcək. Onlar qarşılıqlı sədaqət və heyranlığa əsaslənən münasibətə başlayacaqlar.

Qız

Bu bürclər iş sahələrindəki biri ilə uzunmüddətli münasibətə başlaya bilərlər. Saturn onlara sabit və romantik münasibət vəd edir.

Bizə qoşulun